Ermənistan əhalisinin 15 faizinin qida rasionunu yalnız çörək və kartof təşkil edir. SİA-nın verdiyi məlumata görə, beynəlxalq Oxfam təşkilatıın mütəxəssislərinin Ermənistan və Gürcüstanda Avropa İttifaqının maliyyə dəstəyi ilə "Kiçik fermer təsərrüfatları və milli strategiyaların təstəyi ilə Cənubi Qafqaz regionunda ərzaq təhlükəsizliyinin yüksəldilməsi" proqramının həyata keçirilməzi zamanı bu nəticəyə gəliblər.
Mətbuata bu barədə açıqlama verən təşkilatın erməni ofisinin rəhbəri Marqarita Akopyan bildirib ki, tədqiqatlar Ermənistan əhalisinin 33 faizinin ət və balıq kimi lazımi ərzaq məhsullarını baha olduğu üçün əldə edə bilmədiyini üzə çıxarıb. Çox təəccüblüdür ki, bunu meyvə və tərəvəz barəsində də demək olar. Belə ki, Ermənistanda yaşayan əhalinin 18-65 faizinə bu ərzaq əlçatmaz görünür. Qışda isə yüksək dağlıq ərazilərdə, sərhədyanı bölgələrdə yaşayan əhalinin 95 faizi meyvə-tərəvəz məhsullarına həsrətdirlər.
M.Akopyanın sözlərinə görə, Ermənistanda qida əldə etməkdə iki problem mövcuddur. Birincisi, ərzaq məhsulları çox bahadır, əhalinin böyük əksəriyyəti lazımi qidanı əldə edə bilmir. İkincisi, həm uşaqlar, həm də böyüklərin hansı qidaların daha sağlam olduğu barədə bilgisi yoxdur, maarifləndirmə çox zəif qurulub.
Tədqiqatlar maraqlı faktları da üzə çıxarıb. Məlum olub ki, Ermənistanda 5 yaşına qədər uşaqların 19 faizi düzgün qidalanmama səbəbindən boy artımı normadan xeyli aşağıdır. 8 faiz uşaqlar isə ümumiyyətlə inkişafdan qalıb. Demographic and Health Survey-in qənaətinə görə, buna səbəb erməni uşaqların qida rasionunda lazımi ərzaq məhsullarının olmamasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB