Lənkəranda 15 iyun Milli Qurtuluş günü təntənəli surətdə qeyd edildi FOTOLAR
Bu gün Lənkəranda 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş təntənəli mərasim keçirilib. SİA-nın verdiyi məlumata görə, səhər tezdən şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, şəhər ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Xatirə parkında müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzərək xatirəsini yad ediblər.
Bu münasibətlə Heydər Əliyev Mərkəzində keçirilən konfransı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq yenicə müstəqillik qazanan ölkəmizin ən ağır günlərində xalqın təkidli tələbilə hakimiyyətə qayıdan ümumilli lider Heydər Əliyevin Azərbaycan Dövlətinin , xalqının qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, vətənin ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Bu siyasət nəticəsində Azərbaycan inkişaf edərək dünyanın aparıcı dövlətlərindən birinə çevrilib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini , YAP rayon təşkilatının sədri İlqar Dadaşov Milli qurtuluş günü mövzusunda məruzə edib. Qeyd olunub ki, Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, ölkədə sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilib, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olub, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıb. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz dövlətçiliyini daha da möhkəmləndirib, dünya ölkələri arasında layiqli yerini tutub. Regionların Sosial İqtisadi inkişafı dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikamızın bütün regionlarında olduğu kimi Lənkəranda da bir çox yeni iş yerləri açılıb və əhalinin məşğulluğunun təmin olunması istiqamətində böyük işlər görülüb.
Məruzə ətrafında Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli, Rayon Ağsaqqallar Şurasının üzvü Ayaz Əhmədov, tarix müəllimi Araz Məmmədov çıxış edərək xalqımızın dahi oğlu, müdrik siyasətçi Heydər Əliyevin Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərindən ətraflı söhbət açıblar. Qeyd edilib ki, məhz umumilli liderin hakimiyyətə gəlişindən sonra respublikada geniş abadlıq quruculuq işləri həyata keçirilib, ölkəmizdə mədəniyyətin, təhsilin inkişafına nail olunub.
Sərraf Mirsəfəroğlu













Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB