Azərbaycanda prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb olunması qaydasına dəyişiklik edilib. SİA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Layihə haqqında məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli söyləyib ki, dəyişikliyə əsasən intizam xətası törədildiyi gündən üç il keçdikdə prokurorluq işçisinə intizam tənbehi verilə bilməz: "Hazırda bu müddət bir ildir. Təklif olunan daha bir dəyişikliyə görə intizam məsuliyyətinin növləri də artırılır. Belə ki, xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi"nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçilərinə intizam tənbehləri tətbiq ediləcək. Qanuna eiləcək dəyişikliklər prokurorluq işçilərinin nizam-intizam tədbirlərinin gücləndirmək məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq təklif olunub".
Layihəyə dəyişiklik səsvermədən sonra qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB