Rusiya diskvalifikasiya olundu ŞƏRTİ

Avropa çempionatında Rusiyanın futbol millisi cərimələndi
Rusiya diskvalifikasiya olundu ŞƏRTİ

Ruslar Fransada yenidən iğtişaşlar törətsələr, yığma komandanı turnidən diskvalifikasiya oluna bilər. UEFA Rusiya yığmasını Avropa Çempionatından şərti olaraq diskvalifikasiya edib. Məlumata görə, UEFA Rusiya yığmasını 150 min avro məbləğində cərimələyərək xəbərdarlıq edib ki, əgər millinin azarkeşləri Fransada iğtişaşları təkrarlayarlarsa, yığma komanda turnirdən diskvalifikasiya ediləcək.

Eyni zamanda futbol üzrə Avropa çempionatının keçirildiyi Fransada hakimiyyət rusiyalı azarkeşləri ölkədən çıxartmağa qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə