Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində verilən birdəfəlik giriş vizalarının məbləği azaldılıb. SİA-nın xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanununa edilən dəyişiklikdə öz əksini tapıb.
Layihə haqqında məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə söyləyib ki, indiyədək birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 50 dollar tələb edilrdisə, ediləcək dəyişikliyə görə, bu məbləğ 20 dollara endiriləcək.
Komitə sədri qeyd edib ki, layihəyə edilən digər dəyişiklik turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar, tranzit vizalarının rəsmiləşdirilməsi üçün birdəfəlik viza üçün 20 dollar, ikidəfəlik tranzit vizası üçün 40 dolların tələb olunması ilə bağlı müddəaların ləğv edilməsi ilə bağlıdır: "Bütün növ vizaların rəsmiləşdirilməsi üçün vahid rüsum - 20 dollar tələb ediləcək".
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB