Milli Məclisin növbədənkənar iclasında "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Toxumçuluq haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında". "Çayçılıq haqqında" və "Taxıl haqqında" qanunlara dəyişikliklər də müzakirə olunub. Sİa-nın xəbərinə görə, layihələr haqqında məlumat verən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov söyləyib ki, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanuna təklif edilən əlavəyə əsasən, genetik modifikasiya olunmamış bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmamış kənd təsərrüfatı bitki materiallarından istifadə olunması bitkiçilikdə tətbiq olunan ekoloji tələblərin sırasına daxil edilir.
E. İbrahimov "Toxumçuluq haqqında" qanunla bağlı məlumat verərkən söyləyib ki, layihəyə təklif edilən dəyişiklik toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməməsini nəzərdə tutur.
"Çayçılıq haqqında" qanununa gəlincə komitə sədri qeyd edib ki, layihəyə təklif edilən 10.3-cü maddə çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməməsini ehtiva edir.
E. İbrahimov "Taxıl haqqında" qanunla bağlı danışarkən deyib ki, layihəyə 6.8-ci maddə əlavə edilib. Əlavəyə əsasən, "Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir. O cümlədən, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilməyəcək.
Qanun layihələri müzakirələrdən sonra qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB