Raqif Abbasov: "Milli Qurtuluş Günü tariximizdə qürur günüdür" AÇIQLAMA

Raqif Abbasov: "Milli Qurtuluş Günü tariximizdə qürur günüdür" AÇIQLAMA

"Vətənini sevən hər bir azərbaycanlı Milli Qurtuluş Gününü böyük fəxarətlə qeyd edir. Bu gün tariximizdə qürur günüdür". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ölkəmizi böyük fəlakətlərdən xilas edib: "Ümummilli Lider Heydər Əliyev ölkəmizdə hakimiyyətə qayıtmaqla Azərbaycanın parçalanmasının, vətəndaş müharibəsinin, xaosun qarşısını aldı. Məhz Onun əvəzedilməz xidmətləri nəticəsində ölkəmiz və dövlətçiliyimiz inkişaf etdi. Ulu Öndərin siyasi kursu və Prezident İlham Əliyevin bu siyasəti layiqincə davam etdirməsi Azərbaycanı dünyanın ən sürətli inkişaf edən ölkələri sırasına daxil edib və söz sahibinə çevirib".

Baş İdarə rəisi bildirib ki, Milli Qurtuluş Günü azərbaycanlıların fəxarət və qürur günü, əbədi bayramıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə