25 iyun 2016-cı il tarixində "Excelsior Hotel Baku" otelinin dəstəyi ilə və "FMS Models" məktəbinin təşkilatçılığı ilə "Baku Fashion Night"ın növbəti layihəsi həyata keçiriləcək. Bu layihə 2014-cü ildən başlayaraq ildə iki dəfə mövsüm üzrə keçirilir: Payız-Qış və Yaz-Yay."Excelsior Hotel Baku" otelində açıq hovuzun ətrafında keçiriləcək tədbirdə yerli və xarici modelyerlərin kolleksiyası nümayiş olunacaq.
"Excelsior Hotel & Spa Baku"oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB