Bu gecədən etibarən paytaxtın mərkəzindəki bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılır. ''Formula-1'' yarışlarının təhlükəsiz şəraitdə keçirilməsi məqsədilə, ''Azadlıq'' meydanından başlayaraq - Puşkin, Xəqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala Qapısı, İstiqlaliyyət və Niyazi küçələri, həmçinin Azneft dairəsi və Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə bitişən, kəsişən yollar, yol ayırıcları, yol qovşaqları ayın 14-dən 21-ə qədər bağlı olacaq.
Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə bu müddət ərzində alternativ yollardan istifadə etməyi tövsiyyə edir.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bir həftə bağlı olacaq yolların kəsişməsində və ona paralel olan kiçik küçələrin yanında yaşayan sakinlərə avtomobillərini park etməmələri barədə xəbərdarlıq edir.
Yarışlarla əlaqədar bu gündən Mehdi Hüseyn, Şeyx Şamil, Lermontov və digər bir neçə küçənin sağ və sol hissələrində avtomobillərin park edilməsi də qadağan olunub.
Qadağaya məhəl qoymayan sürücülərə əks halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələnəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB