İsmayıllı rayonuna yağan güclü leysan yağışı nəticəsində yaranan sel suları kəndlərə ciddi ziyan vurub, iki nəfər ağır xəsarət alıb. Dağlardan gələn sel suları evləri, küçələri, həyətyanı sahələri basıb, 10-dan çox kənddə böyük fəsadlar törədib. Rayonun Çayqovuşan kənd sakini 12 yaşlı Səbinə Sadıqovanı sel aparıb. O, yaşadığı evin yaxınlığından keçən Göyçay çayının üzərindəki piyada körpüsündən keçərkən palçıq səbəbindən ayağı sürüşərək çaya düşüb.
Kənd sakinləri çaya düşdüyü yerdən 100 metr aralıda ağaca ilişərək suda qalan 12 yaşlı qızın həyatını xilas ediblər.
Göyçay rayonuna yağan güclü leysan yağışı səbəbindən yaranan sel suları evlərə, həyətyanı və əkin sahələrinə ciddi ziyan vurub.
Dağlardan gələn sel suları rayonun Yekəxana,Qaraməryəm, Aşağı Qaraməryəm və İnçə kəndlərində daha çox fəsad törədib. Sel qəfil gəldiyindən sakinlərin bəziləri yollarda qalıb.
Sel suları həyətyanı sahələrə, mənzillərin zirzəmilərinə, tövlələrə, bostan, otlaq və xususilədə biçilməmiş taxıl sahələrinə xeyli ziyan vurub. Kənd sakinlərinə məxsus ev quşlarını, meyvə ağaclarını ,xırda buynuzlu heyvanları və bir ədəd avtomabili sel aparıb.
Bu səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qarəməyyəm kənd ərazisindən keçən hissəsi bir saata yaxın bağlı qalıb.Hazırda rayon Fövqalədə Hallar Komissiyası tərəfindən əhaliyə dəmiş ziyan hesablanılır.
Şamaxda da yagıs təsirli olub.Pirsaat çayında baş verən daşqın 3 kəndə gedən yolu baglayıb.
Kənd sakinlərinin sözlərinə görə, sel suları yollarla yanaşı, fərdi təsərrüfatlara da xeyli ziyan vurub.
Yağınıtılar Tovuzçayda da sel yaradıb. Sel suları bir neçə kəndi Tovuz rayonun mərkəzi ilə birləşdirən körpünü uçurub.
Körpü Aşağı Quşçu və daha bir neçə kəndi rayon mərkəzi ilə birləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB