Oruc tutmaq dinimizin vacib buyurduğu əməllərdən biri sayılır. Orucu Allah rizası üçün tutulmalıdır. Oruc tutmaq savabı ilə yanaşı sağlamlığımız üçün də böyük əhəmiyyətə malikdir. Düzdür sağlamlıq üçün tutmaq məqbul sayılmaz. Lakin günün bir hissəsinin tam ac qalmağın xəstəliklərə çox faydası vardır. Bəzi həkimlər və mütəxəssislər də bildirilər ki, oruc tutmaq xəstəlikləri müalicə etməyin ən gözəl vasitəsidir. Bəs bu xəstəliklər hansıdır və oruc tutmağın sağlamlığa nə kimi faydaları var? SİA bu suallara cavab tapmağa çalışıb.
İmam Rza məscidinin axundu Hacı Mirhəmid Məmmədov bildirir ki, oruc tutmaq sağlamlıq üçün əhəmiyyətlidir: "Peyğəmbərimiz (s.ə.s) də buyurur ki, sağlam olmaq uçun oruc tutun. Statistikaya nəzər salsaq görərik ki, bu gün dünyada çox yeməkdən ölənlərin saylı aclıqdan ölənlərdən çoxdur. İslam dini çox yeməklə mübarizə aparan dindir. Hədislərimizdə də qeyd edilir ki, Tanrı çox yeyənləri sevmir. Çox yemək insan orqanizmi üçün zərərvericidir. Onlarla xəstəlik var ki, onlarla mübarizə aparmaq üçün oruc tutmaq lazımdır. Hətta müasir tibbi alimləri də qeyd edirlər ki, oruc vasitəsilə xəstəliyi müalicə etmək möcüzəlidir. Oruc tibb elminə yeni yol açır. O, xəstəliklərlə mübarizə silahıdır. Bu, elə bir silahdır ki, müxtəlif yollarla ondan istifadə etmək olar. Xəstəliklərlə mübarizədə yaxşı nəticələr verir. Bu baxımdan Ramazan ayından başqa bəzi qeyd edilən müqəddəs günlər var ki, həmin günlərdə də insanların oruc tutması məsləhət görülür".
Terapevt, qastroenteroloq Mətanət Cəfərova söyləyib ki, oruc bədənimizi qoruyan qalxan kimidir: "Oruc tutmağın insan orqanizminə sayılmaz dərəcədə əhəmiyyəti var. Belə ki, oruclu ikən ürək, qan damar sistemi rahat işləyir, ürək döyüntülərinin sayı normal olur. Ramazan ayında mədəmizin aclığa öyrəşdiyindən mədə şirə ifraz etməz və mədə turşuluğu normal sıviyyədə qalar. Oruc tutmaq qaraciyərimizin təmizlənməsi baxımında da mühümdür. Oruc tutduğumuz zaman qaraciyər hüceyrələri (hepotositlər) bədənimizi zərərli maddələrdən təmizləyər, ölü və ya ölməkdə olan hüceyrələrin xarici rahatlaşar, bədəndə olan hüceyrələrin vəzifələri azalar, orqanizm sanki istirahət edər. Oruc tutmaq böyrəklərdə daş əmələ gəlmə riskini də azaldır. Əsəbi olan insanlar oruc tutarsa, onların sinir sistemləri rahat işləyər. Ümumiyyətlə, oruc vaxtı bədənin ehtiyat mənbələri işə düşür və bədəndə yenidənqurma işləri gedir. Lakin oruc tutan insanlar mədə problemi yaşayırlarsa, onlar qidalarına fikir verməlidir. Belə ki, mədəsində problemi olanlar acılı , duzlu , ədviyyatlı , yağlı qidalardan uzaq durmalıdırlar. İftar süfrələrində qazlı və şirin sudan istifadə etməməli, bol miqdarda adı su içməlidirlər. Bütün oruc tutanlar əsas məsələni yaddan çıxarmamalıdırlar. İftar vaxtı mədəni birdən-birə doldurmaq olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB