“Açıq kitab” elektron kitabxananın rus versiyası fəaliyyətə başladı

“Açıq kitab” elektron kitabxananın rus versiyası fəaliyyətə başladı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin elektron mütaliə portalı "Açıq kitab"ınrus dili versiyası fəaliyyətə başlayır. SİA-nın məlumatına görə, kitabxananın rusdili versiyasının yaradılmasında məqsəd ölkənin rusdilli oxucu kütləsinə pulsuz mütaliə şəraiti yaratmaq, kitabxananın zəngin arxivindən istifadə imkanı verməkdir.

Qeyd edək ki, "Açıq kitab" elektron kitabxanasındadünya və milli ədəbiyyat nümunələri ilə yanaşı, Tərcümə Mərkəzinin 1989-cu ildən tərcümə və nəşr etdiyi ədəbiyyatların siyahısı, eləcə də, "Xəzər" dünya ədəbiyyatı jurnalı, "Aydın Yol" qəzetivə digər yüzlərlə bədii ədəbiyyat nümunələri, ədəbi jurnalların arxivi, lüğətlər, ensiklopediyalar və müxtəlif sahələrə dair digər ədəbiyyatlar yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə