Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi, YAP Binəqədi rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15 iyun Qurtuluş gününə həsr olunan "Yeni Azərbaycan Partiyası Gənclərinin I Debat Forumu, "Qurtuluş kuboku - 2016" turniri keçirilib. SİA-nın xəbərinə görə, 12-13 iyun tarixlərində baş tutan Forumun birinci günündə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Bakı şəhər rayonları və Sumqayıt şəhər komandaları arasında yarış keçirilib.
"Gənc ailələrin davamlılığının təmin edilməsində dövlətin rolu özünün doğruldur" mövzusunda keçirilən debat olduqca maraqlı müzakirələrlə yadda qalıb. Debata 9 komanda qatılıb, onlardan ikisi finala vəsiqə qazanıb.
Forumun ikinci günündə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Vətəndaş Cəmiyyətində Debat ictimai birliyinin sədri Seymur Hüseynov, Binəqədi Gənclər və idman İdarəsinin rəisi Qüdsi Bayramov iştirakçıları salamlayaraq, onlara finalda uğurlar arzulayıblar.
Daha sonra final oyunları keçirilib, qalib komandaların üzvlərinə diplom və medallar, oyunların bütün iştirakçılarına, həmçinin hakimlər tərəfindən müəyyən edilən 10 ən yaxşı natiqə şəhadətnamə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB