Çinin Şanxay şəhərindəki Pudong Beynəlxalq Hava Limanında iki sərnişin çamadanının ard-arda partlaması nəticəsində 3 nəfər yaralanıb. Anadolu informasiya agentliyi xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib.
Bu arada, partlayıcı maddələrin xarakterinə dair araşdırma başlanılıb. Hadisənin terror hücumu olub-olmamasına dair hələlik məlumat verilməyib.
Partlayışın baş verdiyi ərazi hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb və təyyarə relslərinin normal hərəkətinə heç bir maneə törədilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB