Səbəb kimi kənar müdaxilələr, dözümsüzlük göstərilir
Boşananların sayı niyə artır?

Son 4 ayda ölkədə 19,7 min nikaha daxilolma və 4,1 min boşanma halları qeydə alınıb. Ölkədə dağılan ailələrin sayı günbəgün durmadan artır. Son 4 ayda qurulan evliliklərin 21 faizi boşanma ilə nəticələnib. Yəni hər gün təxminən 34 ailə məhkəmənin qərarı ilə boşanır.

Kənar müdaxilələr, aşağı yaşda qurulan evlilik, dözümsüzlük. Bunlar ailələri dağıdan əsas səbəblərdəndir. Nə qədər təbliğat aparılsa da ailələrin dağılmasının, boşanmaların qarşısını almaq mümkün olmur. İlbəil vəziyyət daha da pisləşir. Vəziyyətin nəqədər açınacaqlı olduğunu hətta statistik rəqəmlər də sübut edir.

Dövlət statistika komitəsinin məlumatına görə, son 4 ayda ölkədə 19,7 min nikaha daxilolma və 4,1 min boşanma halları qeydə alınıb. Bu isə evliliklərin təxminən 21 faizinin boşanma ilə bitməsi deməkdir. Sosioloqlar isə hesab edir ki, əsas səbəblərdən biri dəyərlərin dəyişməsi ilə bağlıdır.

Bəzən isə valideynlərin yersiz müdaxiləsi sonda ailələrin dağılmasına gətirib çıxarır. Son vaxtlar boşanmalarla berabar xarici ölkə vətəndaşları ilə evliliklərin sayıda artıb. Bu il ərzində 347-qadın əcnəbilərlə nikah müqaviləsi imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə