Soyuq qidalardan uzaq durun MƏSLƏHƏT

Soyuq qidalardan uzaq durun MƏSLƏHƏT

Ramazan ayında insanları narahat edən problemlərdən biri də ağız qoxusudur. SİA ağız qoxusundan xilas olmağın asan üsullarını təqdim edir:

1. Dişinizi iftardan və imsakdan sonra mütləq fırçalayın. Daha sonra diş ipindən istifadə edin.

2. Dişlə yanaşı, dili də təmizləyə bilən xüsusi fırçalardan istifadə edin.

3. Soyuq qidalardan uzaq durun. Yeməyi də, suyu da ilıq halda qəbul etmək məsləhətdir.

4. Həddən artıq duzlu, ədviyyatlı qidalar yeməyin.

5. İftardan sonra yaşil çay və ya cökə yarpağı çayı için.

Bütün xəbərlər Facebook səhifəmizdə