Yaponiyada 5 bal gücündə zəlzələ olub

Yaponiyada 5 bal gücündə zəlzələ olub

Bu gün səhər saatlarında Yaponiyada 5 bal gücündə zəlzələ baş verib. SİA-nın xəbərinə görə, ölkənin Milli Meteorologiya İdarəsinin yayadığı məlumata əsasən, zəlzələnin episentri Tokionun qonşuluğunda yerləşən İbaraki prefekturasında, ocağı 40 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb. Zəlzələ zamanı bir neçə qısamüddətli kəskin təkanlar hiss olunub ki, bu da onun episentrinin quruda yerləşdiyini deməyə əsas verir. Yeraltı təkanlar mərkəzi Hönsü adasının Çiba, İbaraki və paytaxt regionu da daxil olmaqla 14 prefekturasında hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə