Şirvanda zəlzələ olub

Şirvan şəhəri yaxınlığında zəlzələ baş verib. SİA-nın Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, iyunun 11-də yerli vaxtla saat 21:11-də Şirvan-dan 19 km şimal-şərqdə 3 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 19 km dərinlikdə yerləşib. Yeraltı titrəyişlər hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə