Türkiyədə son 10 ildə siqaretə 256,9 milyard lirə xərclənib. Anadolu Agentliyi məlumat verir ki, bu pulla 56 Yavuz Sultan Səlim Körpüsü, 11 Atatürk Anbarı, 46 Marmaray, 10 nüvə stansiyası və 6 Cənub-Şərqi Anadolu layihəsi həyata geçirilə bilərdi.
Tütün və Spirt Bazarını Tənzimləmə Təşkilatının hesablamalarına görə, 2010-cu ildə Türkiyədə bəzi yerlərdə siqaretdən istifadəyə qoyulan qadağanın qüvvəyə minməsindən sonra siqaretin dövriyyəsində azalma olsa da, 2014-2015-ci illərdə yenidən artım qeydə alınıb.
Məlumata görə, əgər Türkiyədə 2006-ci ildə 108 milyard ədəd siqaret üçün 15,3 milyard lirə xərclənmişdisə, 2010-cu ildə daxili bazarda 93 milyard ədəd siqaret üçün 24 milyard manat, 2015-ci ildə də istehlak edilən 103 milyard ədəd siqaret üçün təxminən 40 milyard lirə xərclənib.
Son 10 ildə Türkiyədə istehlak edilən ümumi siqaretin miqdarı 1 trilyon 4 milyard 157 milyon 307 min 223 ədəd olub.
Daxili bazar satışında 2006-cı ildə 1 ədəd siqaret üçün ortalama 14 qəpik ödənilirdisə, 2015-ci ildə bu rəqəm 38 qəpiyə qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB