FHN müfəttişləri səyyar xidmət göstəriblər FOTOLAR

FHN müfəttişləri səyyar xidmət göstəriblər FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin kiçik həcimli gəmilər üzrə dövlət müfəttişliyi bölgələrdə səyyar xidmət lahiyəsi həyata keçiriblər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, FHN-nin kiçik həcimli gəmilər üzrə dövlət müfəttişliyinin əməkdaşları 10 iyun 2016-cı il tarixdən yerlərdə görüşlər təşkil ediblər.

Bu məqsədlə müfəttişliyin əməkdaşları günün birinci yarısı Salyan rayonun Xıdırlı kəndində, günün ikinci yarısı isə Neftçala rayonun ən ucqar Sahiloba və Qoltuq kəndində olublar. Məqsəd ölkə prezidenti İlham Əliyevin göstərişinə əsasən vətəndaşların böyük məsafədə yol qət edib paytaxta müvafiq sənəd almağa gəlməmələri üçün müfəttişliyin əməkdaşlarının yerlərə gedərək kiçik həcimli gəmi istifadəçilərinə texniki baxış, sürücülük hüququna malik olan vətəndaşlara sürücülük vəsiqəsinin təqdim olunması və gəmi istifadəçilərinə gəmilərin təhlükəsiz istismar olunması qaydalarına əməl edilməsi mövzusunda maarifləndirici söhbətlər aparılmasıdır. Kiçik gəmi istifadəçilərinə gəmi bileti və texniki talonlar paylanılıb.

2 gün ərzində ümumilikdə 300 nəfər gəmi istifadəçisinə sənədlər təqdim olunub. Yerli sakinlər razılıqlarını bildirərək ölkə rəhbərliyinə, eləcə də FHN rəhbərliyinə onlara göstərilən yüksək xidmətə görə minnətdarlıqlarını bildiriblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə