Bu günün iftar, sabahın imsak vaxtı

Bu günün iftar, sabahın imsak vaxtı

SİA müqəddəs Ramazan ayı ilə əlaqədar gündəlik imsak və iftar vaxtlarını, həmçinin gündəlik oxunacaq duaları oxucularına təqdim edir:

11 iyun üçün

İftar vaxtı: 20:35

12 iyun üçün

İmsak vaxtı: 03:38

İftar duası

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla.

Ramazan ayının 5-ci gününün duası: Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin.

Tərcüməsi: İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!

Bütün xəbərlər Facebook səhifəmizdə