Biləcəridə sular kəsiləcək Diqqət!

Biləcəridə sular kəsiləcək Diqqət!

Yeni Biləcəri yaşayış massivində suyun verilməsində fasilələr yaranacaq. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar 13 iyun 2016-cı il tarixdə gün ərzində Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qeyd edək ki, yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə