Nəqliyyat naziri Ziya Məmmədov Sabirabadda vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə qəbulda Sabirabad, Saatlı və Hacıqabul rayonlarından olan vətəndaşlar iştirak edib. Onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.
Müraciətlər əsasən, Hacıqabul, Saatlı və Sabirabad şəhərlərində müasir tipli avtovağzal binasının tikintisi, Sabirabad-Saatlı-İmişli-Kürdəmir yeni marşrut xəttinin açılması, Zəngənə-Qaraqaşlı yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri üçün müraciətin aidiyyatı quruma çatdırılması, Xəlifəli-Nərimankənd-Sabirabad marşrut xəttinə əlavə sərnişin avtobusunun ayrılmasından ibarət olub.
Bundan başqa, vətəndaşlar Udulu-Rəncbər avtomobil yolunun əsaslı təmiri, o cümlədən Saatlı rayonunun nəqliyyat-yol kompleksində görülmüş işlərlə bağlı minnətdarlıqlarını bildiriblər.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB