Bakıdan Çinə getmək istəyənlərə güzəştlər ediləcək RƏSMİ

Bakıdan Çinə getmək istəyənlərə güzəştlər ediləcək RƏSMİ

"Bakı ilə Çin arasında olan avireysləri davam etdirmək niyyətindəyik. Bu reyslər vasitəsilə Azərbaycanla Çin arasında, iqtisadi, biznes münasibətləri ilə yanaşı turizm əlaqələri daha da sıx olmasına çalışacağıq". Bu fikirləri jurnalistlərə açıqlamasında Çin Cənub Hava Yollarının Urumçi filialının satış üzrə müdir müavini Con Bin deyib.

O bildirib ki, hazırda dünyada iqtisadi vəziyyətin ürək açan olmasa da, düşünürük ki, Çindən Bakıya eləcə də Bakıdan Çinin böyük şəhərlərinə açılan reyslər uğurla həyata keçiriləcək: "İndiki şəraitdə vətəndaşlar Bakı-Quançjou reysi ilə 280 avro, Bakı-Urumçi reysi isə 260 avroya uçmaq şansına malikdirlər. Qiymətlər əvvəlkinə nisbətən dəyişsə də, ümumi bazara uyğun şəkildə müəyyənləşdirilib".

Onun sözlərinə görə, Bakıdan Çinə gedəcək sərnişinlərə ilk aylarda müəyyən güzəştlərin ediləcəyi nəzərdə tutulur: "Bundan başqa sərnişinlər üçün çox ucuz klasslar açıq olacaq. Əminik ki, bütün bunların sayəsində hər iki ölkəyə səfər edəcək turistlərin sayı çoxalacaq. Çin Cənub Hava Yollarının reysləri ilə dünyanın 179 ölkəsinə səyahət etmək imkanı əldə etmək mümkündür. Ötən il Çin Cənub Hava Yolları ilə bütün dünya ilə 110 milyon sərnişin daşınıb".

Bütün xəbərlər Facebook səhifəmizdə