Sankt-Peterburqda Dağlıq Qarabağ müzakirələri olacaq

Sankt-Peterburqda Dağlıq Qarabağ müzakirələri olacaq

Rusiya xarici işlər nazirinin müavini – stats-katib Qriqori Karasin iyunun 9-da Fransanın RF-dəki səfiri Moris Riper ilə görüşüb. Rusiya XİN-in mətbuat xidməti xəbər verir ki, səfiri ATƏT-in Minsk qrupunun həmsədri, Fransanın "Şərq Tərəfdaşlığı" Proqramı məsələləri üzrə səfiri Pyer Andre müşayiət edib.

Söhbət zamanı Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə üçtərəfli sammitə hazırlıqla bağlı məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə