Bakıda ilk dəfə təşkil olunacaq "Formula-1" üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsinə hazırlıq məqsədi ilə paytaxtda bu gün saat 00:00 –dan sabah saat 15:00 qədər Cavanşir körpüsündən Üzeyir Hacıbəyov küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu barədə SİA-ya Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi ictimai əlaqələr şöbəsindən məlumat verilib. Bu istiqamətindən bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.
Qeyd edilən istiqamət üzrə nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün avtomobillərin hərəkəti Neftçilər prospekti ilə yalnız düzünə - Yusif Səfərov küçəsinə, eləcə də Afiyyəddin Cəlilov küçəsindən sağa Yusif Səfərov küçəsinə, həmçinin Yusif Səfərov küçəsindən sağa 28 May küçəsinə, hərəkət tənzimlənir.
Diqqətə çatdırırıq ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB