Cari ilin 5 ayı ərzində 96 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu barədə SİA-ya SOCAr-ın saytına istinadən xəbər verir. Məlumatda bildirilir ki, "SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər uğurla davam etdirilir. İstehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilməsi məqsədi ilə cari ilin yanvar-may ayları ərzində 6340 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 169 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-may aylarında 96 yaşayış məntəqəsi qazlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB