İmişliyə yağan dolu təsərrüfatlara ziyan vurub

İmişliyə yağan dolu təsərrüfatlara ziyan vurub

İmişliyə yağan dolu rayonun Hacıalmuradlı, Xəlfəli və Qızılkənd kəndlərində ciddi fəsadlar törədib. Gecə saat 2 radələrində başlayan və küləklə müşayiət olunan dolu ağacları aşırıb, onların meyvələrini məhv edib, tərəvəz bitkilərini yararsız hala salıb. Yağan dolu evlərin dam örtüklərini zədələyib, pəncərələrin şüşələrini və polietilen örtükləri də sıradan çıxarıb.

İmişli Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən fəsadların aradan qaldırılması və dəyən ziyanın hesablanması istiqamətində tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə