Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar görüş

Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar görüş

2016-cı il iyun ayının 8-də Buzovna qəsəbəsindəki Mədəniyyət evində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə millətvVəkili Rauf Əliyev, rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial–iqtisadi sahədə əldə edilmiş nailiyyətlər dən və xüsusilədə Buzovna qəsəbəsində gedən işlərlə bağlı ətraflı məlumat verib.

Millət vəkili Rauf Əliyev Buzovna qəsəbəsinin sakinləri tərəfindən seçki qabağı görüşlərdə qaldırılmış həlli vacib olan məsələlər və onların həlli istiqamətində aparılan işlər barədə məlumat verib. Daha sonra Rauf Əliyev sakinlər tərəfindən ona edilən müraciətlərlə bağlı lazimi tədbirlərin görüləcəyini görüş iştirakçıların diqqətinə çatdırıb. Qəsəbə sakinləri iclasda çıxış edərək, qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqları aradan qaldırılmasını xahiş ediblər.

Rayon İcra Hakimiyyəti başçısı G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə