Bu qəsəbələrdə qaz olmayacaq

Bu qəsəbələrdə qaz olmayacaq

Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, iyunun 8-də saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yeni Zabrat" və Ağdaş magistral qaz kəmərləri sahəsinin "Yaqublu" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Yeni Zabrat qəsəbəsinin və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə