Qazlaşdırma ilə bağlı müraciətlər "ASAN xidmət”də həllini tapdı

Qazlaşdırma ilə bağlı müraciətlər "ASAN xidmət”də həllini tapdı

2016-cı ilin may ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki "ASAN xidmət" mərkəzlərinə təbii qazdan istifadə ilə bağlı 7367 müraciət daxil olub. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, əsasən, "smart" tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, "Azəriqaz" İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı öz həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə