"Məzarlıqlar haqqında" layihə yaxın zamanda qəbul ediləcək"

"Məzarlıqlar haqqında" layihə yaxın zamanda qəbul ediləcək"

"Nazirlər Kabinetinin "Məzarlıqlar haqqında" xüsusi qərarı olacaq". SİA-nın xəbərinə görə, bu barədə Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında məlumat verib.

Komitə sədrinin sözlərinə görə, Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupunun bu məsələ ilə bağlı keçirdiyi toplantılar və müzakirələr nəticəsində sözügedən qərar layihəsi üzərində işlər yekunlaşıb: "Layihənin yaxın zamanda normativ-hüquqi akt kimi qəbul edilməsi gözlənilir. Bundan sonra yeni salınan məzarlıqların formalarında, onların idarəolunması ilə bağlı yeni qaydalar tətbiq olunacaq".

M. Qurbanlı şəhid məzarlıqlarının fərqləndirilməsi ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, şəhid məzarları ilə bağlı məsələ "Məzarlıqlar haqqında" qanunda deyil, digərində öz əksini tapıb: "Bu qanunda şəhidlərin statusu ilə yanaşı onların məzarlarının fərqləndirilməsi də öz əksini tapıb".

Komitə sədri açıqlaması zamanı "Formula-1" yarışları vaxtı ölkəmizə gələcək insanların dini ayinlərini icra ertməsi üçün qurum tərəfindən lazımi tədbirlərin görüldüyünü söyləyib: "Təbii ki, ölkədə bütün ibadət məkanlarında şərait var. Amma gələcək qonaqların, turistlərin sayı nəzərə alınaraq onların dini ayinlərini icra etmələri üçün əlavə tədbirlər görülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə