Azərbaycanda multukultural dəyərlərə həsr edilən konfrans keçirilib YENİLƏNİB

Azərbaycanda multukultural dəyərlərə həsr edilən konfrans keçirilib YENİLƏNİB

Bu gün Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindən biridir" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, millət vəkilləri Fuad Muradov, Şahin İsmayılov, Gənclər Fondunun sədri Fərhad Hacıyev, gənclər təşkilatlarının rəhbərləri və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən İntiqam Babayev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə aparmaqdan ibarətdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gənclər və İdman Nazirliyi arasında tədbirlər planının təsdiq edildiyini dilə gətirən nazir müavini söyləyib ki, buna uyğun olaraq Bakıda və digər rayonlarda multiukulturalizmlə bağlı müxtəlif seminar və dəyirmi masalar təşkil ediləcək: "Multukulturalizm dözümlülük deməkdir və bu dəyərin Azərbaycan üçün dərin kökləri var. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri yaşayır və onların hüquqları yüksək səviyyədə qorunur. Multukultural dəyərlərə sahib olmaq çox böyük xoşbəxtlikdir. Bu dəyərlər olmadıqda müxtəlif problemlər meydana çıxa bilir. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin bu sahədə aparıcı dövlət olduğunun göstəricisidir".

Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda multikulturalizmlə bağlı çox saylı tədbirlər keçirilir, lakin bügünkü tədbir gənclər təşkilatları üçün nəzərdə tutulub: "Burada müzakirə edilən məsələlər gənclər təşkilatlarının gələcək fəaliyyətində tətbiq ediləcək".

Azərbaycanın 25 illik müstəqillik tarixinə malik olduğunu dilə gətirən komitə sədri döyləyib ki, Azərbaycan bu illər ərzində sanki yarım əsrlik böyük tarixi yol keçib: "Ölkəmizdə dövlət din münasibətləri Azərbaycan Konstitusiyası ilə tənzimlənir. Azərbaycan müsəlman ölkəsi olaraq digərləri arasında özünüə xüsusi yer tuta bilib. Xalqımız İslam dinini qoruyaraq bu günə qədər gətirib çıxara bilib. Sövet dövründə dini ənənələri sıradan çıxarmağa çalışırdılar. O zaman dini məsələlərlə bağlı böyük maneələr mövcüd idi. Ənənəvi İslam dəyərləri unudulmağa başlanırdı. O zaman çox təssüf ki, islam dini ilə bağlı bilgi yalnız dəfn mərasimləri səviyyəsində olub. Sovet sistemi dini alimlər aşağılayıb. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu kimi məsələlər aradan qaldırıldı. Ümumilli Lider İslam dininə verdiyi qiyməti öz fəaliyyətində bariz şəkildə göstərib. Belə ki, Onun iftar süfrələrinə qatılması, Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən təşkil edilən tədbirlər iştirakı, eləcə də müqəddəs yerlərə ziyarət etməsi islam dəyərlərinə verdiyi qiymətin əsas göstəricilərindən sayılır".

Komitə sədri qeyd edib ki, Azərbaycanda Konstitusiya qəbul edildikdə dünyavəlik əsas prinsip olaraq irəli sürülüb: "Ölkəmizdə dövlət dinə din də dövlətə müdaxilə etmir. Məhz bunun nəticəsidir ki, 2016-cı il "Multikulturalizm ili" elan edilib. Azərbaycan tarixinə nəzərə salsaq görərik ki, ölkəmizdə heç zaman dini zəmninində qarşıdurma olmayıb. Xalqımız bütün xalqlara qarşı dözümlülük nümayiş etdirib. Əgər belə olmasaydı, o zaman Azərbaycanda yaşayan 70-dən çox etnik qruplar mehriban şəkildə yaşaya bilməzdilər. Biz bu dəyərləri bütün dünyaya nümayiş etdiririk. Azərbaycanın dünya ölkələri arasında gücü hər kəsə bəllidir. Məhz buna görədir ki, Azərbaycana qarşı demokratiya pərdəsi altında müxtəlif təzyiqlər etməyə, qarşıdurma yaratmağa cəhd edirlər. Lakin ölkəmizdə söz, mətbuat azadlığı var. Biz görürük ki, radikal dini qruplaşmalar Azərbaycanda da baza yaratmağa cəhd edirlər. Hətta insanları, xüsusən də gəncləri fanatik qrupların təsiri altına salıb xarici ölkələrə qeyri-qanuni silahlı birləşmələrə cəlb etmə cəhdlərini görürük. Bu cəhdlərin qarşısını almaq üçün gənclər arasında geniş təbliğat işi aparılmalıdır. Bu mənada bizim gənclər təşkilatlarının üzərinə böyük işlər düşür. Medianın, sosial şəbəkələrin imkanlarından istifadə etmək vacibdir. Bu cür təbliğat aparan qruplara qarşı təbliğat aparmaq, onları susdurmaq lazımdır".

Çıxış edən millət vəkili Fuad Muradov vurğulayıb ki, bir müddət bundan öncə, ölkəmizdə bəzi gənclərimiz dini radikal qrupların təsir altına düşərək başqa ölkələrdə gedən döyüşlərə qatılırdılar: "Lakin Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik bu məsələdə nəticə göstərməyə başlayıb. Bu kimi halların baş verməməsi üçün təhsilin də önəmi var. Statistika göstərir ki, belə addım atanların böyük əksəriyyəti təhsili olmayan şəxslərdir. Bu məsələyə Təhsil Nazirliyi də diqqət göstrməlidir".

Ölkəmizdə dini ədəbiyyatların azlıq təşkil etdiyini deyən F.Muradov gənclərin marrifləndirilməsi üçün sosial çarxlara, informatik bükletlərə böyük ehtiyac var.

YAP GB sədri Seymur Orucov isə çıxışında bildirib ki, Azərbaycan multikultural baxımdan dünyaya nümunədir: " Azərbaycan xalqı tarixən bu dəyərlərə bağlı olub: "Ulu Öndər xalqımıza azərbaycançılıq idelogiyasını bəxş edib. Bu idelogiyanı araşdırdıqda onun böyük fəlsəfəyə malik olduğunu görmüş oluruq. Buna görə, Ümumilli Liderə borcluyuq. Hər kəs öz tarixi dəyərlərinə sahib olmalıdır".

"Azərbaycan qanunvericiliyinə mövcüd olan maddələr bütün Azərbaycan vətəndaşlarına şmil olunur. Burada dini, irqi, etnik fərq qoyulmur. yeni Azərbaycan Partiyasının eləcədə Gənclər Birliyinin tərkibində digər xalqların nümayəndələri var. Onların idarəetmə orqanlarında təmsil olunmasına heç bir məhduidiyyət qoyulmur. Bu gün ölkəmizdə dövlət-din ayrıcalığı var. Bu, Azərbaycan Konstitusiyasında öz əksini tapıb".

Tədbirin davamında çıxış edənlər ölkəmizdə mövcüd olan multikultural dəyərləri yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə