DYƏT-ə üzv ölkələrin Nazirlər Müşavirəsinin sessiyası öz işinə başlayıb
Bu gün Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirin birinci və ikinci iş günlərində işçi qruplarının iclasları keçirilir.
9 iyun 2016-cı ildə isə dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası və DYƏT-in 60 illik yubileyinə həsr olunmuş iclas keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB