30 may-6 iyun 2016-cı il tarixlərdə Azərbaycanın Yunanıstandakı Səfirliyi, Gənclər və İdman Nazirliyi, Krit bölgəsinin bələdiyyəsi və Pirey bələdiyyəsi tərəfindən Yunanıstanın Afina şəhəri, eləcə də Krit bölgəsinin Xanya, Retimno, İraklion və Sitia şəhərlərində Azərbaycan Gəncləri Həftəsi təşkil edilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd iki ölkə arasında gənclər sahəsində əməkdaşlığı inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi, musiqi və rəqslərimizi xarici ölkədə təbliğ etmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Tədbir zamanı, Gənclər və İdman Nazirliyinin xətti ilə Yunanıstanın Afina şəhərinə ezam edilmiş gənc musiqiçilər muğamlardan ibarət kompozisiya ifa edib, "Cəngi", "İgidlər", "İnnabı", "Naz eləmə" və digər milli rəqslərimizi nümayiş etdirib, Üzeyir Hacıbəyov, Tofiq Quliyev və digər bəstəkarlarımızın əsələrini ifa ediblər.
Bununla yanaşı, mayın 31-də gənc musiqiçilər Afina Konservatoriyasında əcnəbi musiqiçilər üçün "Azərbaycan milli musiqi alətləri" mövzusunda ustad dərsləri keçib, milli musiqi, rəqslərimiz, muğamlar haqqında geniş məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB