Onlar daha yaxşı həyat ümidi ilə Avropaya üz tutur. Söhbət bildiyiniz kimi miqrantlardan gedir. Ancaq yol çox məşəqqətli, sərhədlər təhlükəli, dəniz sayahəti isə tragedikdir.
Son 21 ildə 30 mindən çox insan Avropa yolunda həlak olub. Təkcə bu statistikanı demək kifayətdir ki, ötən bir həftə ərzində 1000-dən çox miqrant suda boğularaq ölüb. Amma bu köç nə dayanır, nə də ki azalır...
Dünyanın illərdir həll edə bilmədiyi, yaxud da cəhd etmədiyi miqrant məsələsi ilə bağlı politoloq Mübariz Əhmədoğlu açıqlama verib:
Müsəlman miqrantların ölümü Qərbin heç vecinə deyil: "Mütləq nəzərə alınmalıdır ki, bu gün Avropaya miqrant axının əsas səbəbi Qərbin özünün apardığı siyasətdir. Liviyada Məhəmməd Qəzzafi prezident olan zaman Afrika və Ərəb ölkələrində yaşayan insanlar işləmək, öz ehtiyaclarını ödəmək üçün Liviyaya gedirdi. Amma Avropa liderlərinin bir çoxunun Qəzzafiyə borcunun olması işləri dəyişdirdi. Onlar həmin hesabı batırmaq üçün "anti-demokrat" adı ilə onu hakimiyyətdən saldılar. İndi isə Liviyada nə dövlət, nə demokratiya, nə də mətbuat var. Onlar demokratiya adı ilə mübarizə aparıb dövlətin dağıdılmasına vəsilə oldular, bütün regionu xarabalığa çevirdilər. Liviya indi donor ölkədən "yetim" ölkəyə çevrilib. Eyni ilə, Suriya və Yaxın Şərq dövlətlərində də vəziyyət belədir. Qərb dövlətləri Yaxın Şərqdəki müsəlman dövlətlərinin daxili vəziyyətini qarışdırmaqla, bütün mexanizmləri qırdılar, üstəlik yeni bir mexanizm də yaratmadılar. Əhali də Avropaya üz tutmağa məcbur oldu. Onların çoxu helə bu yolda həyatını itirdi, sağ qalanları isə Avropa gələnədən sonra öldü".
Mübariz Əhmədoğlu məsələ ilə bağlı maraqlı bir müqayisə apardı: "Burada maraqlı bir müqayisəni diqqətinizə çatdırmaq istəyərdim. Son günlər gündəmdə olan erməni "soyqırımı" məsələsini tədqiq etdiyimiz zaman belə bir nəticə ortaya çıxır. 1915-ci ildən 1923-cü ilə qədər olan dövrü gün sayına böldüyümüz zaman görmək mümkündür ki, həmin vaxt ölənlərin sayı ilə Aralıq dənizində avropalıların yaratdığı miqrant problemində ölən insanların sayı arasında böyük fərq var. Hazırda Avropanın sərhədlərində xeyli sayda insan ölür. Bəzən olur ki, bir gündə 700-800 nəfəri ötür. Bu rəqəm həmin dönəmdəki rəqəmlərdən çoxdur. Lakin indi hamı 1915-ci il hadisələrinin üzərinə düşüb. Amma onlar nə qədər "kor"durlar ki, hər gün gözləri qarşısında ölən bu qədər insanı görmürlər. Bəs bu genosid deyil, soyqırım deyil? Bugünkü Avropanın rəhbərləri üçün ədalət vacib bir kateqoriya deyil.
İkinci müqayisəmiz isə bu günümüzlə bağlıdır. Bu gün Azərbaycan dövləti bütün qaçqın və məcbur köçkünlərin problemini həll edir. O vaxt BMT bu məsələnin həlli üçün Ümummilli Liderimizdən xahiş etmişdi. Ümummilli Liderimiz söz verdi və həmin sözü yerinə yetirdi. İndi də həmin işi möhtərəm Prezidentimiz davam etdirir. Mən istəyərdim ki, Avropa dövlətləri problemin həlli ilə bağlı rəftarı gəlib bizdən öyrənsinlər".
Politoloq eyni zamanda miqrant axınının təşkili məsələsinə də toxundu. O, bildirdi ki, miqrantlar Yaxın Şərqdən Avropaya təsadüfən getmir:
"Kimlərsə onları təşkil edir. Onların təşkil olunmasında, Avropanın belə bir problemlə üzləşməsində avropalıların arxasında durduğu havadar birliyin - ermənilərin vacib rolu var. Bütün Yaxın şərqdəki erməni icmalarının aparıcı liderləri bu dəqiqə Yaxın Şərqdəki müsəlmanları Avropaya göndərməklə, oradan pul qazanmaqla məşğuldurlar.
Türkiyə isə Avropanın miqrant probleminin həllində ən vacib rola malik idi. Siz gördünüz ki, Almaniyada "soyqırım" məsələsi qalxana kimi Türkiyə hər şeyi nizamlayırdı.
Sonda ümid edirəm ki, avropalılar haqqı, ədaləti tanısınlar, insan hüquqları ilə bağlı normalara birinci özləri əməl etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB