Ramiz Fətəliyev təltif edildi SƏRƏNCAM

Ramiz Fətəliyev təltif edildi SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki sərəncam imzalayıb. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə,

sərəncamların mətnində deyilir: "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Ramiz Məmmədəli oğlu Fətəliyev "Şöhrət" ordeni ilə təltif edilsin.

Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Məmmədəli oğlu Fətəliyevə "Xalq artisti" fəxri adı verilsin".

Qeyd edək ki, Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub.

SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri çəkilib. Azərbaycanın əməkdar incəsənət xadimi, respublika Dövlət mükafatı laureatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə