Son günlər sosial şəbəkələrdə və kütləvi-informasiya vasitələrində Vəfa Sərdar Səfərova adlı "Facebook" sosial şəbəkəsi istifadəçisinin 210 saylı körpələr evi-uşaq bağçasında təlim-tərbiyə alan övladı Əsmər Qədirovaya qarşı edilmiş "qeyri-etik" hərəkətlər barədə məlumatlar yayılıb. Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, məsələnin araşdırılması məqsədi ilə, 06 iyun 2016-cı il tarixdə Vəfa Sərdar Səfərova həyat yoldaşı ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinə dəvət edilib, onlar Bakı Şəhər İcra Hakimiyyətində 210 saylı körpələr evi-uşaq bağçasının müdiri və əməkdaşlarının iştirakı ilə rəhbərlik səviyyəsində qəbul ediliblər. Qəbul zamanı bağçanın əməkdaşları tərəfindən 01 iyun 2016-cı il tarixdə Vəfa Sərdar Səfərovanın övladı Əsmərin uşaqlarla birgə bağçada olan tədbirdə iştirakını təsdiq edən, dəqiq tarix (gün, ay, il) həkk olunmuş fotoşəkillər təqdim edilib. Bağçanın müdiri və tərbiyəçisi tərəfindən uşağın tədbirin gedişi zamanı müəyyən gigiyenik yardımlara ehtiyacı yarandığı üçün texniki işçi tərəfindən qrup otağına aparıldığı, uşağa qarşı hər hansı qərəz və psixoloji təzyiqlərin göstərilmədiyi bildirilib. Sadəcə, valideynin onlar tərəfindən uşağın halında baş verən dəyişikliklərlə bağlı söylənilənlərin yanlış anlaşıldığı qeyd edilib.
Valideyn şəkilləri gördükdən sonra təəcübünü gizlətməyərək, həqiqətən də övladının tədbir günü eyni paltarda olduğunu təsdiq edib.
Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən dövlət bağçalarının tamamilə dövlət təminatında olduğu, uşaqların təlim-tərbiyəsi müqabilində hər hansı ödənişin tələb edilməsi hallarının qanunzidd olduğu bir daha valideynin diqqətinə çatdırılıb, Bakı Şəhər İcra Hakimiyyətinin bütün əlaqə nömrələri valideynə təqdim edilərək, gələcəkdə bağça ilə bağlı yarana biləcək hər hansı suallarla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyyə edilib.
Bakı Şəhər İcra Hakimiyyəti olaraq bütün sakinlərindən paytaxtda yerləşən dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı üzləşdikləri hər hansı anlaşılmazlıqlarla bağlı bilavasitə Bakı Şəhər İcra Hakimiyyətinin bu sahəyə məsul bölmələri ilə 4929494; 4920632; 4927348; 4923141 telefon nömrələri vasitəsi ilə əlaqə saxlamalarını xahiş edirik.
Hazırda Qədirova Əsmər 210 saylı körpələr evi-uşaq bağçasında öz təlim-tərbiyəsini davam etdirir. Qaldırılan məsələnin dərhal araşdırılmasına görə valideyn tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə minnətdarlıq ifadə edilib və bu barədə sosial şəbəkədəki öz profilində məlumat yayımlayacağını bildirib.
Fotoşəkilləri sizə təqdim edirik.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB