"XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat"
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin dəstəyi ilə rusiyalı tarixçi alim və hüquqşünas Oleq Kuznetsovun "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabı Almaniyada ingilis dilində dərc edilib. SAM-dan SİA-ya verilən məlumata görə, Oleq Kuznetsov beynəlxalq terrorizm və erməni terrorizmi üzrə Rusiyada tanınmış mütəxəssislərdən biridir.
Müəllif uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq etmiş, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə etmiş və hadisələrin real təsvirini yaratmağa nail olub. Kitab müəllifin fərdi yanaşmasıdır və hüquqi sənədlərə istinadən yazılıb.
Əminik ki, bu kitab xarici ölkələrdə də maraqla qarşılanacaq, Cənubi Qafqaz regionunda baş verən hadisələr və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun və obyektiv fikrin formalaşmasına xidmət edəcək.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB