ƏƏSMN tərəfindən səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq

ƏƏSMN tərəfindən səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada Qobustan, Şamaxı, İsmayıllı, Göyçay, Kürdəmir və Ağsu rayonlarında səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, iyunun 8-də saat 9.00-dan 12.00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13.00-dan 18.00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, iyunun 9-da saat 9.00-dan 13.00-dək nazirliyin İsmayıllı rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14.00-dan 18.00-dək Göyçay rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında həmin rayonlardakı əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidmətləri ilə təmin ediləcəklər.

İyunun 10-da isə saat 9.00-dan 13.00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Ağsu rayon mərkəzi xəstəxanasında protez-ortopedik bərpa xidmətləri davam etdiriləcək.

Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əvvəlcədən qeydiyyatı aparılmış, habelə qeyd olunan vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən müvafiq şəxslər protez-ortopedik bərpa xidmətləri ilə təmin olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə