İspaniyada yarış avtomobilinin tamaşaçıların önündə qurulan səddə çırpılması nəticəsində 12 nəfər xəsarət alıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, insident İspaniyanın şimalında yerləşən Kantabriya əyalətində baş verib. Yarış yağışdan sonra keçirilib və trasın sürüşkən olması səbəbindən sürücü idarəetməni itirib.
Hadisə zamanı yaralananlar xəstəxanalara yerləşdirilib. Xəsarət alan tamaşaçılardan birinin ayağı amputasiya olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB