ETSN Ələt-Salyan yolunun kənarında iməclik keçirib FOTOLAR

ETSN Ələt-Salyan yolunun kənarında iməclik keçirib FOTOLAR

"5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 04 iyun 2016-cı il tarixində Ələt-Salyan magistral avtomobil yolunun 5-8-ci kilometrliyinin yol kənarında salınmış yaşıllıq sahəsində iməcilik keçirilib.

İməcilikdə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov və Nazirliyin əməkdaşları ilə yanaşı, ekoloji qeyri-hökumət təşkilatlarının ümumilikdə 500-ə yaxın nümayəndəsi iştirak edib.

Aksiyada 320 hektar sahədə abadlıq işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə