Göygöldə yeni su nasos stansiyası istifadəyə verilib FOTO

Göygöldə yeni su nasos stansiyası istifadəyə verilib FOTO

Göygölün Dozular kəndində bu mövsümdən əkin sahələrində məhsuldarlıq artacaq, bu da əhalini təsərrüfatla məşğul olmağa həvəsləndirəcək. Çünki artıq kənd sakinləri suvarma suyu sarıdan çətinlik çəkməyəcəklər.

Rayon Suvarma Sistemləri İdarəsi peşə bayramı günü ərəfəsində Dozular kəndində yeni su nasos stansiyasını istifadəyə verib. Stansiyada iki müasir avadanlıq qurulub. Kürəkçay üzərində yaradılan yeni nasos stansiyası saniyədə 480 litr su istehsal etmək gücünə malikdir. Suvarılmasında problemlər olan əkin sahələrinə iri diametrli borularla su xətləri çəkilib. Yeni nasos stansiyası əvvəllər dəmyə şəraitində olan 200 hektara yaxın sahəni suvarmağa imkan verəcək.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə