Gəncədə hamilə qadın əməliyyat zamanı keçinib. SİA-nın bölgə müxbirin verdiyi məlumata görə, Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında şəhər sakini, Aynur Kərimova özünü narahat hiss etdiyi üçün xəstəxananın Ginekologiya şöbəsinə yerləşdirilib. Ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib.
Əməliyyat zamanı qadın dünyasını dəyişib.
Qeyd edək ki, faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB