Sanatoriyalara göndəriş almaq istəyənlərin sayı artır

Sanatoriyalara göndəriş almaq istəyənlərin sayı artır

Artıq 5 ay ərzində Gəncə Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial Məişət Xidməti Sektoru tərəfindən güzəştli kateqoriyaya aid olan 105 nəfər növbə ilə respublikanın müxtəlif sanatoriyalarına göndərilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, sanatoriyalara göndəriş almaq istəyən vətəndaşlar tibbi-sosial ekspert komissiyasının sənədini, şəxsiyyət vəsiqəsinin surətini, əlilliyə görə pensiya alması və işləməməsi haqqında arayışı təqdim etməlidirlər. Müraciətlər hər iş günü Gəncə Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial Məişət Xidməti Sektorunda qeydiyyata alınır. Sanatoriyalara müalicə üçün əsasən əsəb xəstələri, eləcə də ayaq ağrılarından şikayət edənlər gedir. Müraciətlər daha çox yayda edilir. Buna görə də bu mövsümdə sanatoriyalara göndəriş yerlərinin sayı artırılır. Müalicə üçün sanatoriyalara göndəriş alan birinci qrup əlillərin hər birinin yanında Sosial Məişət Xidməti Sektorundan müşayiətçi də göndərilir. O, bu müddət ərzində əlilin bütün müalicəsində, gündəlik işində kömək göstərir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə