YAP GB-də Pakistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib FOTOLAR

YAP GB-də Pakistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser tərəfindən "Beynəlxalq Əlaqələr və Diplomatiya" mövzusunda təlim keçirilib. SİA-nın verdiyi xəbərə görə, təlimdə 60-dan çox gənc iştirak edib.

Tədbirin açılışını edən YAP GB-nin sədri Seymur Orucov bildirib ki, Pakistanla Azərbaycan arasında diplomatik münasibətlərin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: "Azərbaycan müstəqillik əldə etdikdən sonra onu tanıyan ilk ölkələrdən biri də Pakistandır. Ötən müddət ərzində iki ölkə arasındakı iqtisadi, siyasi, mədəni əlaqələr yüksələn xəttlə inkişaf edərək, qarşılıqlı əməkdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə qeyd edim ki, Pakistanla Azərbaycan arasında həm də güclü strateji-hərbi əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, dost ölkə daim Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı heç bir qarşılıq gözləmədən dəstəkləyib, eyni zamanda, 1992-ci ildə azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımını tanıyaraq, Ermənistanla bu günədək heç bir diplomatik əlaqə yaratmayıb. Bu, Pakistanın Azərbaycana siyasi dəstəyinin ən bariz nümunəsidir".

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əlaqələrin daha da dərinləşməsinə ciddi maraq göstərdiyini vurğulayan səfir Azərbaycan gənclərinin hərtərəfli inkişafından məmnunluq duyduğunu ifadə edib. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində YAP GB ilə qarşılıqlı əlaqələrin inkişafı istiqamətində mütərəqqi addımlar atacağını bildirib.

Görüşdə əməkdaşlıq münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fakir mübadiləsi aparılıb, əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Sonda Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser "Beynəlxalq Əlaqələr və Diplomatiya" mövzusunda təlim keçib, həmçinin, gənclərin mövzu ilə bağlı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə