SAM qapalı görüş keçirib FOTOLAR

SAM qapalı görüş keçirib FOTOLAR

Bu gün İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Araşdırma Mərkəzinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin qonağı olub. SİA-ya verilən məlumata görə, tədbiri SAM-ın direktoru Fərhad Məmmədov giriş sözü ilə açıb. Qapalı görüşdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Araşdırma Mərkəzinin direktoru Hadi Süleymanpur "İranın postsanksiya dövründə qlobal və regional (Orta Şərq və Cənubi Qafqaz) məsələlərə yanaşması" və SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Məsiağa Məhəmmədli "Azərbaycan-İran münasibətləri" mövzularında çıxış ediblər.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə