Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası həmçinin parlamentdə təmsil olunan müxalif Xalq Cümhuriyyət Partiyası və Milliyyətçi Hərəkat Partiyası Almaniya Bundestaqının "erməni soyqırımı"nı tanıması ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıb.
Bəyanatda onlar Türkiyə xalqının nümayəndələri olaraq, Almaniya parlamentinin ermənilərin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş köçürülmə prosesi barədə əsassız iddialarına əsaslanan ədalətsiz qərarını qəbul etmir və qəti pisləyirlər.
"Bu qətnamə nə hüquqi, nə də tarixi baxımdan əsaslandırılmayıb", - deyə bəyanətdə qeyd olunur. Kürdyönümlü Xalqların Demokratiyası Partiyası (HDP) üç partiya tərəfindən qəbul olunan bəyanatı imzalamaqdan imtina edib.
"Bundestaqda "erməni soyqırımı"nın səsverməyə çıxarılıb qəbul edilməsi rəsmi Berlin və Ankara arasında münasibətləri gərginləşdirməyəcək". Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bu fikirdədir.
Onun sözlərinə görə, Türkiyə və Almaniyanı siyasi əlaqələrdən başqa bir çox ümumi əlaqələr bağlayır.
"Bu, Almaniya Bundestaqının azad qərarıdır. Türkiyə gözlənilən reaksiyanı verdi və mən ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə bizim münasibətlər düzələcək", - deyə Ştaynmayer bildirib.
Bu gün Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni "soyqırımı"nı səsverməyə çıxarıb. Almaniya Bundestaqı qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. Qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB