"Formua 1" yarışları ilə əlaqədar paytaxtda dilənçilər yığışdırılır
Bakıda dilənçi əməliyyatı

Dilənçilərə qarşı reydlərə başlanıb. Paytaxtda olan dilənçilər toplanaraq qeydiyyatda olduqları rayonlara göndəriləcəklər. Bu işlər "Formula 1"ə hazırlıq tədbirləri çərçivəsində görüləcək. "Formua 1" yarışları ilə əlaqədar paytaxtda dilənçilər yığışdırılır. Artıq dilənçiliklə məşğul olan şəxslərə qarşı reydlərə start verilib.

Hər gün dilənçi və avaraçılıqla məşğul olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq qeydiyyatda olduqları rayonlara göndərilir. Bakı Şəhər Baş Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, dilənçilər sürücülərə maneçilik törətməklə qəzaların baş verməsinə səbəb olurlar.

Vaqif Əsədov deyib ki, reydlərin keçirilməsində əsas məqsəd paytaxta gələcək qonaqların xoş olmayan mənzərə ilə qarşılaşmalarına mane olmaqdır.

Şöbə rəisi həmçinin bildirib ki, "Formula 1" yarışları ilə əlaqədar yaxın vaxtlarda yolların bir qismində hərəkət məhdudlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə