Azərbaycanın Fransadakı və eyni zamanda Müqəddəs Taxt-Tacdakı səfiri Elçin Əmirbəyov "Radio Vatikan"da erməni mənşəli fransız tədqiqatçı Qaidz Minasyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun mənşəyi haqqında yayımlanan qərəzli müsahibəsinə cavab verib.
Elçin Əmirbəyov "Radio Vatikan"a zəng edərək belə qərəzli və birtərəfli müsahibələr yayılmasına və münaqişənin tarixi və hazırkı vəziyyəti ilə bağlı yalnız erməni versiyasının verilməsinə təəssüfünü bildirib.
Bundan sonra radio azərbaycanlı diplomatla müsahibəni yayımlayıb .
Müsahibədə Dağlıq Qarabağ münaqişəsinin genezisi, onun hazırkı vəziyyəti və ölkəmizin münaqişənin həlli istiqamətindəki konstruktiv mövqeyi barədə məlumat verilib.
Qeyd olunub ki, beynəlxalq hüquq hər yerdə tətbiq olunmalı, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB